Növbəti Tez House Nardaranda ! Daha ətraflı...
prefabrik evlərin qiyməti

Növbəti Tez House Nardaranda!

Tez House yeni layihəsinə Nardaranda başladı. Müştəridən gələn sorğu əsasında əvvəlcə Tez House müştərinin istəklərinə uyğun olaraq layihələndirildi. Layihə ilə tanışlıqdan və müştərinin təsdiqləməsindən sonra peşəkar komandamız ilə növbəti Tez House-a start verdik.

Aprel ayında 4-cü sifariş olan Tez House artıq ölkəmizdə müştərilər tərəfindən populyarlaşmağa, sevilməyə başlayıb. Bu sifarişlərdən 2-si yaşayış evi, 1-i ofis digəri isə geyim butiki olub. Öz mobil və rahatlığı ilə bir çox məqsədə xitab edən Tez House qiymətlə bərabər eyni zamanda vaxta qənaətdir. Belə ki, sifarişiniz 2 ay ərzində açar təhvili ilə yekunlaşaraq sizə təhvil verilir.

Modul evlər sizə yüzlərlə seçim və dizayn imkanı verir. Döşəmə və tavanlarınızı, daxili dekorasiyanı, pəncərələrin tərzini, rəng çalarlarını və daha çoxunu özünüz dizayn edə bilərsiniz. “Tez House”-da imkanlar sonsuzdur! Dörd mərtəbəyə qədər istənilən ölçülü və təyinatlı modul binalar çox sürətli və səmərəli şəkildə istehsal olunur, nəql olunur və quraşdırılır. Montaj prosesi sadə və başa düşüləndir və memarlarımızın nəzarəti altında, minimum vaxt ərzində həyata keçirilir. Bütün bunlar, həm inzibati, həm əmək, həm də idarəetmə xərclərini minimuma endirir, sürətli və effektiv tikinti üsulu təqdim edir.

Tez House-un təklif etdiyi modul evlər ən yüksək gözləntilərə cavab verən daimi yaşayış yeri olaraq istifadə olunur. Təməl qurulduqdan sonra bir ay ərzində istifadə edə biləcəyiniz bu strukturlar, geniş memarlıq seçimləri ilə xəyallarınızdakı evə sahib olmağınıza imkan verir. Bu məsələdə dizayner və mühəndislərimiz sizin ən əsas köməyiniz, dəstəkçiniz olacaq. Komandamızın peşəkarlığı ilə sizin zövq və tələblərinizi birləşdirdikdə daha bir möhtəşəm Tez House-un ərsəyə gələcəyinə şübhəmiz yoxdur.

Şəhərin səs-küyündən uzaqlaşıb təbiətlə iç-içə yaşamaq istəyənlər üçün ideal seçim olan bu ev istədiyiniz yerdə quraşdıla bilir. Rahat seçim etməyiniz üçün layihələrimizi Qiymətlərimiz bölməsinə keçid edərək görə bilərsiniz.

M