Prefabrik ev nədir? Prefabrik evin üstünlükləri nələrdir? - Tez House | Modul, Prefabrik evlər
prefabrik evlərin qiyməti

Prefabrik ev nədir? Prefabrik evin üstünlükləri nələrdir?

Prefabrik ev fabriklərdə əvvəlcədən tikilən və sonra yerində yığılan ev növüdür. Bu evlərin qurulması ənənəvi ev tikintisindən daha tez başa gəlməklə bərabər eyni zamanda büdcə baxımından da daha uyğun qiymətə başa gəlir.

Prefabrik evlər müxtəlif materiallardan hazırlana bilər, lakin onlar adətən polad, beton, ağac və ya kərpicdən hazırlanır. Bu materiallar evin dizaynına və onun təyinatına görə seçilir və burada əsas qərarı müştəri verir

Prefabrik evlər portativ və ya daşınmayan növlərə ayrılır. Portativ evlər səyahətçilər və ya qısa müddətli yaşayışa ehtiyacı olan insanlar üçün idealdır, əsasən mobil evlər və ya karavanlar kimi düşünə bilərsiniz. Portativ olmayan prefabrik evlər isə adətən ömürlük istifadəyə yararlı sabit evlərdir. Onlar portativ evlərdən fərqli olaraq daşına bilmir.

Prefabrik ev

Prefabrik evlər fabriklərdə əvvəlcədən tikildiyi halda, dizayn, material və işçilik baxımından çox diqqətlə planlaşdırılır. Buna görə də yığma evlər ənənəvi evlərə nisbətən daha az xərclə və daha qısa müddətdə tikilir.

Günümüzdə ABŞda artıq 6 milyondan çox insan prefabrik evlərdə yaşayırlar. Xüsusilə minimalist yaşam tərzinə önəm verə şəxslər arasında populyarlaşan bu evlər müxtəlif cəhətlərinə görə sevilir. Bəziləri onu yalnız qiymət amilinə, bəziləri mobil və yaşayış üçün kifayət qədər yetərli olduğuna, bəziləri onu istədikləri yerə daşıya bildiyinə görə, bəziləri isə ekoloji cəhətdən təbiət dostu olduğuna görə seçirlər. Hətta ABŞda keçirilən sorğuda respondentlərin 86%i məhz yığcam və mobil olduğuna görə prefabrik evlərdə yaşamağı üstün saydıqlarını bildirmişdilər.

Xüsuilə də son baş verən hadisələr insanları böyük tikilələrdən, daş evlərdən uzaqlaşmağa, daha yığcam, daşdan istifadə olunmayan evlərə üz tutmağa sövq elədi.

Prefabrik evlər tez tikilmə, aşağı qiymət və portativ olma kimi üstünlükləri ilə məşhurdur. Tez House (By Gallco Group)olaraq prefabrik ev dedikdə ilk ağıla gələn şirkət olaraq sizə xidmətlərimizi təklif edirik. Peşəkar komandamızla görüşərik arzu və tələblərinizi bildirə eyni zamanda mühəndis və dizayner komandamızla məsləhətləşə bilərsiniz. Əgər siz də arzuladığınız kimi evə sahib olmaq istəyirsinizsə əlaqə bölməsindən bizə yaza və görüş təyin edə bilərsiniz.