Prefabrik evlər necə hazırlanır? Prefabrik ev istehsalında 3 mərhələ! - Tez House | Modul, Prefabrik evlər
prefabrik evlərin qiyməti

Prefabrik evlər necə hazırlanır? Prefabrik ev istehsalında 3 mərhələ!

“Prefabrik evlər necə hazırlanır?” sualı bizə gələn müraciətlər arasında ən çox verilən suallardandır. Getdikcə daha da populyarlıqqazanan prefabrik evlər ənənəvi evlərdən nə ilə fərqlənir? Bu evlərin üstünlükləri nələrdir? Niyə məhz prefabrik ev seçməliyik? Bu bloqumuzda sizin suallarınıza cavab verəcik.

Prefabrik evlərin əsas üstünlüyü sürətli quraşdırılması, aşağı qiyməti, müxtəlif mobil dizayn variantları ilə çevik hazırlana bilməsidir. Prefabrik ev əvvəlcədən hazırlanmış hissələrdən ibarət olan bir tikinti sistemidir. Bu hissələr fabrikdə hazırlanır və sonra montaj üçün sahəyə daşınır.

 

 Prefabrik evlərin tikinti prosesi üç mərhələdən ibarətdir:

– Dizayn
– İstehsal
– Montaj

Dizayn mərhələsində müştərinin ehtiyac və istəkləri nəzərə alınmaqla prefabrik evin dizaynı hazırlanır. Bu mərhələdə müştərinin seçiminə uyğun müxtəlif dizayn variantları təklif edilir və müştəri ən uyğun dizayn seçir. Mobil olmağı dizayn mərhələsində də müştəriyə daha tez qərar verməyə kömək olur. Hətta eviniz hazır olduqdan sonra dizaynda dəyişiklik etmək istəsəniz bu halda da proses ənənəvi evə nəzərən daha çevik və ucuz başa gələcək.

İstehsal mərhələsində layihələndirilmiş prefabrik ev hissələri fabrikdə istehsal olunur. Bu hissələr adətən polad, beton, ağac və ya kompozit materiallardan hazırlanır. Hissələrin istehsalı qəliblər və ya xüsusi istehsal avadanlıqları tərəfindən həyata keçirilir və daha sonra keyfiyyətə nəzarət testlərindən keçirilir. İstehsal mərhələsi başa çatdıqdan sonra hissələr quraşdırılmaq üçün sahəyə daşınır. İstehsal prosesi 20-30 gün ərzində tamamlanır. Dizayndan asılı olaraq bu proses bəzən daha qısa müddət çəkə bilir.

Montaj mərhələsi prefabrik evin hissələrinin sahədə yığılması prosesidir. Bu mərhələdə iş sahədəki komandamıza ötürülür. Onlar burada hazır hissələri quraşdıraraq evi tamamlayırlar. Quraşdırma prosesi dizayn və hissələrin sayı ilə fərqlənə bilər, lakin adətən qısa müddətdə tamamlanır. Tez House olaraq məqsədimiz ümumilikdə 30-45 gün ərzində açar təhvili ilə prefabrik evinizi sizə təslim etməkdir.

Prefabrik evlərin quraşdırılması ənənəvi ev tikintisi ilə müqayisədə daha sürətli və daha az xərclidir. Bundan əlavə, prefabrik evlərin ekoloji cəhətdən təmiz və enerji baxımından qənaətcil olması onlara olan tələbi artırır. Həmçinin prefabrik evlərin tez və asan quraşdırılması onların təbii fəlakətlərdə istifadəsi üçün də idealdır.

Gallco Group məhsulu olan Tez House-da sizə eyni zamanda evinizin gözəlliyini tamamlayacaq kirəmit də təklif edirik. Siz “Kiramitci“dən Avropa, Türkiyə eləcə də yerli istehsal kirəmitlərini əldə edə, dam örtüyünüzə xüsusi gözəllik qata bilərsiniz. Qeyd edək ki, kirəmitlərimizə 30 ilədək zəmanət veririk.