Tez House ənənəvi evlərdən nə ilə fərqlənir?
prefabrik evlərin qiyməti

Tez House ənənəvi evlərdən nə ilə fərqlənir?

Bu bloqda sizə Tez House-un əsas fərqlərindən danışacıq. Gün keçdikcə modul evlərin ənənəvi tikililərə nisbətdə populyarlığı artmaqda davam edir. Modul ev (Prefabrik ev) fabrikdə istehsal olunan və hissələr birləşdirildikdən sonra bütöv bir evi təşkil edən stukturdan ibarətdir.
Bu evlər ənənəvi tikinti üsulları ilə tikilmiş evlərdən bir çox cəhətlərinə görə fərqlənir. Modul evlərin əsas üstünlükləri aşağıdakılardır:

Sürətli tikinti müddəti: Modul evlərin fabriklərdə prefabrik olması səbəbindən tikinti müddəti çox qısadır. Bu, müştərilərə daha sürətli çatdırılma və istifadəyə hazır ev təmin edir.

Yüksək keyfiyyət: Modul evlər fabrik mühitində istehsal olunan bölmələr sayəsində keyfiyyətə nəzarəti asanlaşdırır. Bu, daha yüksək keyfiyyətli ev strukturu yaratmağa imkan verir.

Daha qənaətcil: Modul evlər ənənəvi ev tikintisindən daha ucuzdur. Bunun səbəbi, daha sürətli tikinti prosesi və daha az işçi qüvvəsi ilə xərclərin azaldılmasıdır.

Portativlik: Modul ev digər adı ilə prefabrik ev köçmək istəyənlər üçün portativdir. Beləliklə, ev sahibləri evlərini başqa yerə köçürə bilərlər.

Yuxarıda göstərilən üstünlüklərə əlavə olaraq, modul evlər ekoloji cəhətdən daha təmiz bir tikinti variantıdır. Daha az material və enerji sərfiyyatı ilə ekoloji cəhətdən təmiz bir ev yaratmaq mümkündür.

Nəticədə modul tipli evlər daha sürətli, daha qənaətcil, yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz ev variantı təklif edir. Ona görə də məhz bu evlər mənzilə ehtiyacı olanlar tərəfindən üstünlük verilən seçim ola bilər.
Siz də modul ev əldə etmək istəsəniz Tez House sizin arzularınızı və tələblərinizi qarşılamaq üçün istənilən resursa sahibdir. Gallco Group aid olan Tez House adı ilə hazırladığımız prefabrik evlər müştərilərimiz tərəfindən sınanmış və yüksək məmnuniyyətlə təsdiqlənmişdir. Siz də arzuladığınız yerdə, arzuladığınız tərzdə ev istəyirsinizsə bizə müraciət edə bilərsiniz. (Qiymətlər üçün Qiymətlərimiz bölməsinə keçid edə bilərsiniz) Müraciət əsasında mühəndis və dizaynerlərimizin də iştirak edəcəyi görüş təyin edərək sizin üçün ən optimal variantı tapıb qısa zaman ərzində işin icrasına başlayırıq. 60-90 gün aralıqlı müddət sonunda sizin də artıq xəyal kimi bir eviniz olacaq. İstədiyiniz yerdə, istədiyiniz kimi…

Bloglarımızı izləməyə davam edin. Sizin üçün araşdırmağa və yazmağa davam edəcik.

E

E